0

Axtarış

Zövglü axşam paltarları - 20%-ə qədər endirimlər! Mağazaya keç

Haqqımızda

Aytoonun hekayəsi onun uşaqlıq arzusu ilə başladı…

Aytoonun imzasında həm klassik, həm də müasir tərzləri birləşdirən gənc bir ruh var.. Aytoonun yaradıcı direktoru və təsisçisi Aytən Hüseynova İsmayılovanın əsas ilham qaynağı incə ruhlu zərif qadınlardır. Brend kübar, özünə güvənən, incə, cazibədar xanımların öz işıqlarında Ay kimi parlamaları üçün nəzərdə tutulub.

Aytoonun kolleksiyaları Azərbaycan, Bakıda yaranır və Türkiyənin İstanbul şəhərində istehsal olunur.

Bütün parçalar yüksək keyfiyyətlidir və xanımların özlərini bizim geyimlərimizdə hekayələrinin baş qəhrəmanları kimi hiss etmələri üçün xüsusi olaraq seçilir.

Missiyamız

Aytoon-un missiyası zərif, kübar, qadınsı və özünə güvənən qadınların geyindikləri zaman həzz alacaqları və özlərini rahat hiss edəcəkləri geyimlər dizayn etməkdir.

Bioqrafiya

Aytoon-un yaradıcı direktoru və təsisçisi Aytən Hüseynova İsmayılovadır. O, sənətkar bir ruha malikdir. Aytən Hüseynova İsmayılova müxtəlif sərgilərdə iştirak edib və bir çox rəsmlərinə görə sertifikatlar alıb. Dəb onun həvəsidir. O ruhunu, sənətini və daxili aləmini dəb vasitəsilə ortaya qoyur.

yuxarı
Malı əlavə edilmişdir sizin araba